Ana Sayfa > Təhsil / Karusel > Valideynlərin nəzərinə: iş dəftərləri məcburi deyil

Valideynlərin nəzərinə: iş dəftərləri məcburi deyil


11-09-2017, 12:43. Yazar: admin
Valideynlərin nəzərinə: iş dəftərləri məcburi deyil








Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) olaraq, bizim ibtidai siniflərdə iş dəftərlərinin istifadəsi ilə bağlı məcburiyyət qoymamışıq, məhdudiyyətimiz yoxdur.
Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir.

M.Vəliyeva qeyd edib ki, bəzi hallarda uşaqlara iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər: "Bu il İdarənin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə, bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələdə də ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək".

aia.az
Geri dön