Ana Sayfa > Cəmiyyət / Karusel > Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı

Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı


7-09-2017, 22:25. Yazar: admin
Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı








Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Suraxanı rayonunda hissələrə bölünmüş şəxsin kimiliyini müəyyən etmək üçün ictimaiyyətə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, meyitin başı, qollar və ayaqları bədəndən kəsilərək ayrılıb. Qətlə yetirilən şəxsin baş nahiyəsi bir neçə gün sonra tapılıb.

Murad Əhməd
Geri dön