Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Türkiyənin Azərbaycandakı vətəndaşları səs verirlər
Türkiyənin Azərbaycandakı vətəndaşları səs verirlər25-10-2015, 15:05. Yazar: admin |
Türkiyədə noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərində oktyabrın 25-də saat 9.00-dan səsvermə başlayıb APA-nın məlumatına görə, Azərbaycanda ümumilikdə səsvermə hüququ olan 7003 Türkiyə vətəndaşı səfirlik qeydiyyatındadır. Bakıda isə səsvermə hüququ olan 6311 Türkiyə vətəndaşı yaşayır. Səsvermə Bakıda və bölgələrdə yalnız bu gün keçirilir və axşam saat 21:00-da başa çatacaq. Səsvermə üçün Bakıda 5, Gəncə və Naxçıvandakı konsulluqların hər birində 1 seçki qutusu qoyulub. Gəncədə səsvermə hüququna malik 338, Naxçıvan Muxtar Respublikasında isə 354 Türkiyə vətəndaşı var. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun artıq səs verib. Geri dön |