Ana Sayfa > İdman / Karusel > “Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı – RƏSMİ

“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı – RƏSMİ


31-08-2017, 21:59. Yazar: admin
“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı – RƏSMİ









Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirib.

Aia.Az oxu.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb.

Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, "Qarabağ" onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il "Renn" klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az
Geri dön