Ana Sayfa > Siyasət > Ermənilərin cəbhədə əlavə qüvvə toplaması nədir - hücuma hazırlıq, "blef", yoxsa siyasi mesaj?
Ermənilərin cəbhədə əlavə qüvvə toplaması nədir - hücuma hazırlıq, "blef", yoxsa siyasi mesaj?30-08-2017, 11:41. Yazar: admin |
"Ermənistanın Dağlıq Qarabağda silahlı qüvvələrinin sayını artırması, cəbhənin mərkəzi hissəsində əlavə qüvvələr cəmləşdirməsi ilə bağlı məlumatı hərbidən çox siyasi xarakter daşıyır". Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov son günlər Qarabağ münaqişəsi zonasından, Ermənistan-Azərbaycan cəbhəsində son vəziyyəti şərh edərkən bildirib. Ermənilər cəbhəyə əlavə qüvvə toplayırlar - Müharibə ehtimalı artır Ekspertin fikrincə, bu barədə məlumatın ilk dəfə məhz ermənilər tərəfindən yayılması ciddi maraq doğurur: "Çünki hərbi qüvvələrin yerləşdirilməsi, irəli çəkilməsi, eskalasiyası adətən gizli saxlanılır. Yəni heç bir ölkə və tərəf bu barədə açıq şəkildə məlumat yaymır, əksinə, çalışır, bunu gizlətsin. Ermənilər isə əksinə, bu barədə məlumatı ilk dəfə məhz özləri yaydılar. Bu cür məlumat yaymaqla Ermənistan göstərmək istəyir ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan son həmsədri, artıq vəzifəsinin icrasını dayandırmış Riçard Hoqlandın bəyanatına guya cəbhənin hansısa hissəsində əlavə silahlı qüvvələr cəmləşdirməklə cavab verirlər. Ona görə də fikrimcə, bu siyasi xarakterli məlumatdır". Bu deyilənləri Ermənistana kim qəbul etdirəcək? E.Ələsgərov hesab edir ki, Ermənistan bununla mesaj vermək istəyir: "Təbii ki, ötən ilin aprel döyüşlərindən sonra Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində öz silahlı qüvvələrini gücləndirib, yeni istehkamlar yaradılıb, yeni avadanlıqlar, silah-texnika alınıb. Lakin Ermənistanın hərbi qruplaşmalarının cəmləşməsi və hücuma keçməyə hazırlaşması barədə məlumatlar yalandır, daha çox "blef"ə bənzəyir. indiki vəziyyətdə hansısa hücum əməliyyatı həyata keçirməsi Ermənistanın tam iflasına gətirib çıxaracaq. Çünki bunun üçün nə iqtisadi, nə də hərbi resursları var. Əlbəttə ki, onların müdafiə xətti mövcuddur. Lakin aprel döyüşləri zamanı Azərbaycan ordusu ermənilərin böyük ümid bağladığı və keçilməzliyinə əmin olduqları "Ohanyan səddi"ni yarıb keçdi. İndi əgər əlavə hərbi qüvvələrin cəmləşdirilməsi baş verirsə də, deməli, bu, həmin müdafiə xəttinin ikinci səddinin arxasında baş verir. Təbii ki, orada ermənilərin çoxlu hərbi texnikası cəmləşmiş haldadır. Amma hesab edirəm ki, indiki məqamda bu cür məlumatların yayılması siyasi xarakter daşıyır və mesaj vermək istəyirlər ki, işğal etdikləri ərazilərdən çıxmayacaqlar. Lakin Ermənistanın hazırki Qarabağ siyasəti onu iflasa doğru aparır. Çünki dünyadakı proseslərin gedişi və həmsədrlərin mövqeyi Ermənistanı pat vəziyyətə salıb. Artıq hamı deyir ki, işğalçı ordu Qarabağdan çıxarılmalıdır. Rusiyanın acığına Avropa ilə yaxınlaşması isə Ermənistanda böyük fəlakətlərə, iğtişaşlara gətirib çıxaracaq". Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür. İlkin İzzət Geri dön |