Ana Sayfa > İdman / Karusel > "Qarabağ"la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi

"Qarabağ"la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi


29-08-2017, 20:25. Yazar: admin
"Qarabağ"la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi








İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarının biletlərini bu gündən satışa çıxarıb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, "canavarlar" "Qarabağ"la görüş üçün də biletlərin qiymətini açıqlayıblar.

"Roma"nın Azərbaycan çempionu ilə matçına ən ucuz bilet 30 (təxminən 61 manat), ən baha bilet isə 95 avroyadı (təxminən 194 manat). Müqayisə üçün qeyd edək ki, "Roma"nın "Atletiko" və "Çelsi" ilə oyunlarının biletləri 40-115 avro (təxminən 82-234 manat) dəyərindədi.

Qadınlara, 14 yaşdan aşağı uşaqlara və 65 yaşdan yuxarı şəxslərə biletlərin qiymətində güzəşt nəzərdə tutulub.

Qeyd edək ki, "Qarabağ" dekabrın 5-də "Roma"nın qonağı olacaq.

aia.az
Geri dön