Ana Sayfa > İdman / Karusel > Tarixi döyüş nokautla bitdi

Tarixi döyüş nokautla bitdi


27-08-2017, 12:43. Yazar: admin
Tarixi döyüş nokautla bitdi







ABŞ-ın Las-Veqas şəhərində amerikalı kiçik Floyd Meyvezer karyerasının son döyüşünə çıxıb.

Aia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 5 çəki dərəcəsində dünya çempionu olmuş 40 yaşlı boksçu irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

Bu görüş peşəkar rinqdə debüt döyüşünə çıxan MMA döyüşçüsü və UFC çempionu, 29 yaşlı Makqreqor üçün uğurlu alınmayıb.

Döyüş başdan sona qədər Meyvezerin üstünlüyü ilə keçib. O, 10-cu raundda rəqibinə arıdıcıl zərbələr endirən zaman hakim görüşü dayandırıb və texniki nokautla qalib gəlib.

Karyerasında 50-ci qələbəsini qazanan Floyd Meyvezer, döyüşdən sonra karyerasını bitirdiyini açıqlayıb.

aia.az
Geri dön