Ana Sayfa > Manşet > Naxçıvanın daxili işlər naziri təyin olundu
Naxçıvanın daxili işlər naziri təyin olundu25-08-2017, 21:39. Yazar: admin |
Naxçıvan Muxtar Respublikasının yeni daxili işlər naziri təyin edilib. Aia.az-in özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub. Qeyd edək ki, Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunub. Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olunub. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu. aia.az Geri dön |