Ana Sayfa > İdman / Karusel > ""Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti çox böyükdür" - Rauf Əliyev

""Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti çox böyükdür" - Rauf Əliyev


24-08-2017, 22:17. Yazar: admin
""Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti çox böyükdür" - Rauf Əliyev








"Qarabağ" futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Avropa Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək. Bu, böyük tarixi qələbədir.
Bu barədə Aia.Az-a açıqlamasında millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev bildirib.
Onun fikrincə, "Qarabağ"ın bu zəfərinin siyasi əhəmiyyəti də çox böyükdür: ""Qarabağ"ın bu zəfəri Qarabağ həqiqətlərini dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfə oldu. Bu tarixi qələbə milyonlarla Azərbaycan vətəndaşına böyük sevinc bəxş etdi. Buna görə "Qarabağ" kuubunun rəhbərliyini, bütün komanda üzvlərini səmimi qəlbdən təbrik edir, onlara Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında uğurlar arzu edirəm!"

İlkin İzzət
Geri dön