Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Qoz piylənmənin qarşısını almağa kömək edir

Qoz piylənmənin qarşısını almağa kömək edir


23-08-2017, 22:10. Yazar: admin
Qoz piylənmənin qarşısını almağa kömək edir










Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, qozun başlıca sirri onun iştahanı tənzimləmək bacarığındadır. Gündə cəmi bir neçə qram qoz yeyən insan yemək barədə az düşünür. Qoz baş-beyinə doyma barədə siqnal göndərir. Amerika alimlərinin gəldiyi qənaət könüllülərin iştirakı ilə keçirilən çoxsaylı eksperimentlərin nəticələrinə əsaslanıb. Tədqiqat zamanı könüllülər üzərində MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi aparılıb. MRT-nin nəticələri doyma impulslarının beyinə daxil olduğunu təsdiq edib. Məhz qoz yeyilən zaman beyin daha çox belə siqnal alıb. Eksperimentin birinci həftəsində könüllülərə qoz əlavə edilmiş, ikinci həftəsində qoz əlavə edilməmiş kokteyllər verilib. Məlum olub ki, onlar birinci həftə ilə müqayisədə ikinci həftə daha güclü aclıq hissi keçiriblər.

Alimlər qozun faydasını çoxdan öyrənirlər. Onlar müəyyən ediblər ki, qoz ovqatı yaxşılaşdırır, insultun və hətta onkologiyanın qarşısını alır.

aia.az
Geri dön