Ana Sayfa > Gündəm / Aia TV > Bakıda toz dumanının səbəbi bilindi - Təhlükəli toz bir az da artacaq
Bakıda toz dumanının səbəbi bilindi - Təhlükəli toz bir az da artacaq23-08-2017, 21:29. Yazar: admin |
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Nazirlikdən bildiriblər ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. İlkin İzzət Geri dön |