Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Əri müğənnidən 50 milyon tələb edir
Əri müğənnidən 50 milyon tələb edir25-10-2015, 11:42. Yazar: admin |
13 illik nikahlarına son qoyan müğənni Qven Stefani ilə musiqiçi həyat yoldaşı Qevin Rossdeyl arasında münasibət daha da gərginləşib Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 3 uşağı olan cütlük nikah müqaviləsi olmadığı üçün əvvəlcə bütün əmlaklarını ortaq bölmək qərarına gəlsə də, Qevin fikrini dəyişib. Belə ki, o, müğənnidən Kaliforniyadakı mülklərini və 50 milyon dollar təzminat tələb edib. Bu isə Qven Stefani ilə yanaşı, onun yaxınlarını da təəccübləndirib. Cütlüyün uşaqlar üzərində himayəsi isə ortaq olacaq. Qeyd edək ki, Qven Stefani 80 milyon dollar, Qevin Rossdeyl isə 35 milyon dollar dəyərində mülkə sahibdir. Geri dön |