Ana Sayfa > Karusel / Seçilənlər > Atasına heykəl qoyduğu deyilən deputatdan - Açıqlama

Atasına heykəl qoyduğu deyilən deputatdan - Açıqlama


19-08-2017, 19:29. Yazar: admin
Atasına heykəl qoyduğu deyilən deputatdan - Açıqlama







“Bu mövzu barədə çox danışmaq istəmirəm. Amma o büstdür, heykəl deyil. Atam Sovet Sosialist əməyi qəhrəmanı, deputat olub, 4 dəfə “Lenin” ordeninə layiq görülüb”.

Bu sözləri Aia.az-a açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib. Sabirabad rayonundan deputat seçilən R. Xəlilov atasına heykəl qoydurmağı barədə yayılan xəbərlərə münasibət bildirib:

“Ulu öndər dəfələrlə bizim kənddə olub. Büst Sovet vaxtı qoyulub və bu həmin dövrün tələbi olub. Hətta Sovet dövründə kolxoza atamın adı verilib”.

aia.az
Geri dön