Ana Sayfa > İdman / Aia TV > "Qarabağ" qalib gəldi, Azərbaycan Rumıniyaya qonşu oldu - UEFA REYTİNQİ
"Qarabağ" qalib gəldi, Azərbaycan Rumıniyaya qonşu oldu - UEFA REYTİNQİ16-08-2017, 08:30. Yazar: admin |
Avrokubokların pley-off mərhələsinin ilk oyunlarına start verilib. Aia.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasında baş tutan 10 qarşılaşma cədvəldə cüzü dəyişikliklərə səbəb olub. "Qarabağ"ın öz meydanında Danimarka çempionu "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın xal hesabını dəyişib. Əldə olunan 0,250 xalla mövsümlük qazancımız 2,875-ə çatıb. Ağdam klubu hesabımıza hamıdan çox - 1,125 xal gətirib. Artıq mübarizəni dayandıran klublarımızdan "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xalla bunda pay sahibi olub. Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-ə yüksəlib. Bu, 22-ci pillədə qərarlaşan Azərbaycanın yerini dəyişməz saxlayıb. Lakin siyahıdakı qonşularımız dəyişib. APOEL-in qələbəsi sayəsində 21-ci olan Kipr daha bir pillə irəliləyib. Nəticədə bir addım geriləyən Rumıniya Azərbaycana qonşu olub. Hazırda ölkəmiz bu rəqibdən 1,025 xal geridədi. Ən yaxın izləyicimiz Belarusla xal fərqi isə artıb. 23-cü sıradakı bu ölkə Azərbaycandan 0,375 xal geri qalır. Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir - 89,212 xal. yer Ölkə 13/14 14/15 15/16 16/17 17/18 Cəmi komanda 1 İspaniya 23.000 20.214 23.928 20.142 1.928 89.212 7/ 7 2 Almaniya 14.714 15.857 16.428 14.571 1.857 63.427 6/ 7 3 İngiltərə 16.785 13.571 14.250 14.928 2.714 62.248 7/ 7 4 İtaliya 14.166 19.000 11.500 14.250 1.666 60.582 6/ 6 5 Fransa 8.500 10.916 11.083 14.416 1.916 46.831 5/ 6 6 Rusiya 10.416 9.666 11.500 9.200 2.000 42.782 5/ 5 7 Portuqaliya 9.916 9.083 10.500 8.083 1.916 39.498 6/ 6 8 Belçika 6.400 9.600 7.400 12.500 1.100 37.000 3/ 5 9 Ukrayna 7.833 10.000 9.800 5.500 1.400 34.533 4/ 5 10 Türkiyə 6.700 6.000 6.600 9.700 1.500 30.500 4/ 5 11 Hollandiya 5.916 6.083 5.750 9.100 1.500 28.349 4/ 5 12 Avstriya 7.800 4.125 3.800 7.375 2.625 25.725 3/ 4 13 Çexiya 8.000 3.875 7.300 5.500 0.900 25.575 3/ 5 14 İsveçrə 7.200 6.900 5.300 4.300 1.300 25.000 3/ 5 15 Yunanıstan 6.100 6.200 5.400 5.800 1.400 24.900 4/ 5 16 Xorvatiya 4.375 6.875 4.500 5.125 3.250 24.125 4/ 4 17 Danimarka 3.800 2.900 5.500 8.500 3.125 23.825 2/ 4 18 Polşa 3.125 4.750 5.500 3.875 2.625 19.875 1/ 4 19 İsrail 5.750 1.375 2.250 6.750 3.500 19.625 2/ 4 20 Kipr 2.750 3.300 3.000 5.500 4.125 18.675 3/ 4 21 Rumıniya 6.875 5.125 2.250 3.300 1.100 18.650 2/ 5 22 AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 2.875 17.625 1/ 4 23 Belarus 1.750 5.500 5.125 3.000 1.875 17.250 1/ 4 24 İsveç 3.200 3.900 4.750 2.750 2.625 17.225 1/ 4 25 Bolqarıstan 5.625 4.250 1.000 4.250 1.875 17.000 1/ 4 26 Şotlandiya 3.250 4.000 3.000 4.375 1.750 16.375 1/ 4 27 Norveç 2.600 2.200 7.250 1.375 2.500 15.925 1/ 4 28 Qazaxıstan 3.125 3.375 4.625 2.750 2.000 15.875 1/ 4 29 Serbiya 2.500 2.750 4.250 2.875 2.000 14.375 2/ 4 30 Lixtenşteyn 1.000 2.500 5.000 2.500 2.000 13.000 1 31 Sloveniya 2.625 4.000 1.000 2.250 2.500 12.375 2/ 4 32 Slovakiya 1.625 2.750 3.750 2.125 1.875 12.125 4 33 İslandiya 2.500 2.500 1.125 1.000 1.125 8.250 1/ 4 34 Macarıstan 0.875 2.125 1.625 1.875 1.500 8.000 1/ 4 35 Moldova 3.375 1.750 1.250 0.875 0.750 8.000 1/ 4 36 Albaniya 2.000 0.875 2.125 0.875 1.375 7.250 1/ 4 37 Finlandiya 0.500 2.400 1.000 1.750 1.250 6.900 4 38 Makedoniya 0.500 1.125 1.500 1.250 2.375 6.750 2/ 4 39 İrlandiya 0.250 2.000 0.700 2.625 1.125 6.700 4 40 Bosniya H. 1.500 1.750 1.500 0.500 1.375 6.625 4 41 Latviya 1.625 0.250 1.625 1.375 0.750 5.625 4 42 Estoniya 1.000 1.500 1.000 1.375 0.625 5.500 4 43 Litva 1.250 0.500 0.750 0.500 2.250 5.250 1/ 4 44 Monteneqro 1.250 0.750 1.000 0.875 1.125 5.000 4 45 Gürcüstan 1.875 1.250 0.625 1.125 0.125 5.000 4 46 Ermənistan 1.125 0.375 1.625 1.125 0.625 4.875 4 47 Malta 0.875 0.125 0.875 1.250 1.375 4.500 4 48 Lüksemburq 1.500 0.500 0.750 0.750 0.875 4.375 4 49 Ş.İrlandiya 0.875 1.375 0.750 0.500 0.750 4.250 4 50 Uels 0.750 0.125 1.500 1.000 0.500 3.875 4 51 Farer adaları 0.875 1.375 0.375 0.375 0.750 3.750 4 52 Cəbəllütariq 0.000 0.250 0.750 1.500 0.500 3.000 3 53 Andorra 0.333 0.500 0.166 0.166 0.166 1.331 3 54 San-Marino 0.333 0.000 0.000 0.000 0.166 0.499 3 55 Kosovo 0.000 0.000 0.000 0.000 0.000 0.000 2 Qeyd: Komanda sütununda "/" işarəsindən öndə mübarizəni davam etdirən komandaların sayı göstərilib. aia.az Geri dön |