Ana Sayfa > İdman / Karusel > “Bizi çox ağır 90 dəqiqə gözləyir” - Qurban Qurbanov

“Bizi çox ağır 90 dəqiqə gözləyir” - Qurban Qurbanov


15-08-2017, 22:45. Yazar: admin
“Bizi çox ağır 90 dəqiqə gözləyir” - Qurban Qurbanov








"Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışa layiq idilər. Hər şey möhtəşəm idi".

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Kopenhagen"i qəbul edən Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qalibiyyəti şərh edib: "Ağır oyun idi. Belə komandalarla oyunda çox güc sərf edirsən. Bu gün də bunun şahidi olduq. Futbolçularım səhvsiz oynamağa çalışdılar. Nəticə yaxşı oldu. Amma hesab arasındakı fərqi artıra da bilərdik. Səfərdə bizi daha ağır matç gözləyir. "Kopenhagen" öz meydanında çox yaxşı futbol göstərir. Rəqibi bu gün daha yaxından tanıdıq. Cavab görüşündə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir. Buna baxmayaraq, uğurlu nəticə əldə etməyə çalışacağıq".

aia.az
Geri dön