Ana Sayfa > İdman > Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər müəyyənləşdi - Toğrul siyahıda yoxdu

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər müəyyənləşdi - Toğrul siyahıda yoxdu


15-08-2017, 13:39. Yazar: admin
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər müəyyənləşdi - Toğrul siyahıda yoxdu









Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Aia.Az goal.az-a istinadən xəbər verir ki, mundialda bu növ üzrə 7 pəhləvan çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.

Yunan-Roma güləşi üzrə 8 pəhləvanımız yollanacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 21 - 26-da Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də isə qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.

aia.az
Geri dön