Ana Sayfa > İdman > "İdman Azərbaycan" matçın yayımlanmama səbəbini açıqladı

"İdman Azərbaycan" matçın yayımlanmama səbəbini açıqladı


2-08-2017, 14:28. Yazar: admin
"İdman Azərbaycan" matçın yayımlanmama səbəbini açıqladı









"İdman Azərbaycan" kanalı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Sheriff” – “Qarabağ” oyununun yayımlanmayacağını təsdiqləyib.

Aia.az xəbər verir ki, telekanalın yaydığı açıqlamada bildirilib ki, "İdman Azərbaycan" pley-off mərhələsindən etibarən oyunlarının yayım hüququna sahibdir: “Birinci, ikinci və üçüncü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadır. Həmin mərhələ zamanı "İdman Azərbaycan" kanalı klublara yardım edib və səfər oyunlarının da Azərbaycanda yayımlanması üçün rəqiblərlə barter yolu ilə razılığa gəlmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Sheriff" oyunu zamanı da "İdman Azərbaycan" kanalı matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin “Şerif” klubu bununla razılaşmayaraq Bakıdakı oyunun Moldovada translyasiyasına razı olmadı və Tiraspoldakı oyunun da yayımına razılıq vermədi. Bu səbəbdən də "Sheriff" - "Qarabağ" oyunun yayımlanmamasının səbəbkarı Moldovanın Sheriff klubudur” – deyə məlumatda bildirilib.

"Sheriff" oyunun Azərbaycanda yayımı üçün 100 min dollar tələb edib.

aia.az
Geri dön