Ana Sayfa > İdman > "Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq


1-08-2017, 20:41. Yazar: admin
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq








Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Moldovada "Şerif"-in qonağı olacaq.

Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq. Qələbə həm də Avroliqanın qrup mərhələsinə birbaşa vəsiqənin təmin olunması deməkdir. Ağdam təmsilçisi məğlub olacağı təqdirdə qrupa düşmək üçün daha bir rəqiblə qüvvəsini sınayacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Roy Reynşreyber

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0
Geri dön