Ana Sayfa > Parlament / Aia TV / Karusel > Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı


24-10-2015, 13:07. Yazar: admin

Onun vəzifəsini Ramiz Ağayev icra edir.

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

Aia.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
Geri dön