Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir

Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir


30-07-2017, 15:03. Yazar: admin
Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir






Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.


Aia.az-in Trend-ə istinadən məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.

Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.

Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.

aia.az
Geri dön