Ana Sayfa > Cəmiyyət / Karusel > 2 qadın yük maşınının altında qalıb

2 qadın yük maşınının altında qalıb


29-07-2017, 12:48. Yazar: admin
2 qadın yük maşınının altında qalıb








Quba rayonunda iki qadın yük maşınının altında qalıb.

DİN-in mətbuat xidmətindən Aia.az-a verilən məlumata görə, iyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gələrək kənd sakinləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı əzib. Nəticədə B. Atluxanova hadisə yerində ölüb, S. Tahirova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön