Ana Sayfa > Karusel / Seçilənlər > Polis əməkdaşı da reyddə cərimələndi

Polis əməkdaşı da reyddə cərimələndi


29-07-2017, 12:45. Yazar: admin
Polis əməkdaşı da reyddə cərimələndi







Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb.

Aia.az ARB TV-yə istinadən xəbər verir ki, Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib.

Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır.

Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib.

Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.

aia.az
Geri dön