Ana Sayfa > İdman > "Barcelona"nın məşqində Neymar və Semedo arasında insident olub

"Barcelona"nın məşqində Neymar və Semedo arasında insident olub


28-07-2017, 21:38. Yazar: admin
"Barcelona"nın məşqində Neymar və Semedo arasında insident olub







"Barcelona"nın Mayamidəki məşqi zamanı xoşagəlməz insident yaşanıb. Aia.az xəbər verir ki, Neymarla yeni transfer Nelson Semedo arasında konflikt olub. Braziliyalı ulduz komanda yoldaşının sərt oynamasından narazı qalıb. Digər futbolçular Neymar və Semedonu sakitləşdirməyə çalışıb. "Sambaçı" isə hisslərini cilovlaya bilməyib və Semedonu vurmağa cəhd edib.

Neymarın taleyi barədə qəti fikir yoxdur. Bir sıra idman nəşrləri 24 yaşlı futbolçunun PSG ilə şəxsi müqaviləni razılaşdırdığını yazır. Qeyd olunur ki, Paris klubu transferi rəsmiləşdirmək üçün "Barcelona"nın razılığını gözləyir.

aia.az
Geri dön