Ana Sayfa > Karusel > “Ketçup” qabından heroin çıxdı - Fotolar
“Ketçup” qabından heroin çıxdı - Fotolar27-07-2017, 17:22. Yazar: admin |
İrandan Azərbayacana narkotik vasitə gətirən və onun alıcısı saxlanılıb. Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçup” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb. Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Murad Əhməd Geri dön |