Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İlahiyyatçı: “Sinə vurmaq olar, bir şərtlə ki...”

İlahiyyatçı: “Sinə vurmaq olar, bir şərtlə ki...”


24-10-2015, 12:02. Yazar: admin
İlahiyyatçı: “Sinə vurmaq olar, bir şərtlə ki...”
İmam Hüseyn Əleyhissalam 14 əsr qabaq insanlara şücəaət, qeyrət və kişilik öyrətdi

Bu sözləri Axar.az-a ilahiyyatçı alim Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, Kərbəla insanlara qəhrəmanlıq nümunəsi göstərib:

“Aşura günü çox böyük fədakarlıq nümunəsidir. Qanın qılınca qalib gəldiyi gündür. Aşura milli kimliyimizi təsdiq edən bir fəlsəfədir. İmam Hüseyn Əleyhissalam sübut edib ki, şəhadətpərəstlik cəmiyyətdə olarsa, cəmiyyət gözəlləşəcək. Şəhadətə getmək bəzi insanların inancında müharibəni təcəssüm etdirir.

Əksinə, şəhadətə getmək əmin-amanlıq yaradır. Bu mənada Kərbəlanın bizə verdiyi bir dərsdir. Kərbəlada nə qədər şəxsiyyətlər olubsa bunların əsasında İmam Hüseyn dayanıb. İmam Hüseyn Kərbəlada məhz insanın kamilləşmə prosesini sübut elədi. Kərbəla bizə qəhrəmanlıq nümunəsi göstərdi.

Dinşünas alim onu da vurğulayıb ki, aşura günü zəncirlə qan çıxarmaq, qəmə vurmaq İslam dinində yolverilməzdir:

“Qafqaz Müsəlmanlar İdarəsinin fitvasında illərdir göstərilir ki, qan çıxarmaq, qəmə vurmaq olmaz. Din alimləri də buna icazə vermir. Lakin sinə vurmaq olar. Amma bu şərtlə ki, naməhrəmə öz bədənini göstərməyəsən. Kərbəlada ədəb məktəbi var. Bunu da hər bir müsəlman bilməlidir. Bəzi insanlar islamı gözdən salmaq üçün bir sıra fikirlər irəli sürürlər. İslam ümməti zorakılığa məruz qalmış insanın tərəfini tutur. Bu o ümmətin göstəricisidir. İslam etik normalardan çıxmamaq şərtilə bütün o dini ayinlərin icrasında xüsusi olaraq diqqət və pak niyyət tələb edir”.
Geri dön