Ana Sayfa > Cəmiyyət / Karusel > İçi sərnişinlə dolu təyyarə yandı

İçi sərnişinlə dolu təyyarə yandı


25-07-2017, 12:43. Yazar: admin
İçi sərnişinlə dolu təyyarə yandı







Yakutiyada An-24 sərnişin təyyarəsi yanıb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.

İnsident baş verən zaman təyyarədə 37-si sərnişin olmaqla 43 nəfərin olduğu bildirilib. Xəsarət alan olmayıb.

Yanğın dərhal söndürülüb. Sərnişinlər başqa təyyarə ilə Tiksidən Yakutska yola salınacaqlar.


aia.az
Geri dön