Ana Sayfa > Manşet / Karusel > İmtahanı təxirə salınmış abituriyentlərə güzəşt olunacaq? - AÇIQLAMA

İmtahanı təxirə salınmış abituriyentlərə güzəşt olunacaq? - AÇIQLAMA


24-07-2017, 11:59. Yazar: admin
İmtahanı təxirə salınmış abituriyentlərə güzəşt olunacaq? - AÇIQLAMA






"İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq".

Bu barədə Aia.Az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, DİM həmin abituriyenlər üçün iyulun 27-də imtahan təşkil edəcək: "Abituriyentlər cavab kartlarını adətən imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı abituriyentlərdən heç biri cavab kartını doldurmayıb. Ona görə də orada iştirak edən bütün abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq. Həmin abituriyentlər üçün "İmtahana buraxılış vərəqəsi" iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək".
DİM rəsmisi onu da qeyd edib ki, iyulun 22-də keçirilən qəbul imtahanın cavabları yaxın iki gün ərzində açıqlanacaq: "Dünəndən etibarən protokolların və cavab kartlarının emalına başlanılıb".
Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilib.

aia.az
Geri dön