Ana Sayfa > Cəmiyyət / Karusel > Yük maşınının qoşqusundan yıxılaraq öldü

Yük maşınının qoşqusundan yıxılaraq öldü


20-07-2017, 16:32. Yazar: admin
Yük maşınının qoşqusundan yıxılaraq öldü






Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb.

Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

aia.az
Geri dön