Ana Sayfa > Cəmiyyət / Karusel > Ağsuda ayı kənd sakinlərinə hücum etdi

Ağsuda ayı kənd sakinlərinə hücum etdi


18-07-2017, 17:24. Yazar: admin
Ağsuda ayı kənd sakinlərinə hücum etdi








Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.

Aia.Az report-a istinadən xəbər verir ki, rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.

Kənd sakinləri "Report"a bildiriblər ki, kənd sakinləri və kəndin mal-qarası tez-tez vəhşi heyvanların hücumuna məruz qalırlar: "Hazırda kənddə böyükdən kiçiyə hamı təlaş içindədi. Hər an ayı və digər vəhşi heyvanların kəndə hücum etməsindən, kiməsə xəsarət yetirməsindən qorxuruq. Vəhşi heyvandır, bu gün mal-qaranı parçalayırsa, sabah sakinlərindən birini parçalayacaq".


aia.az
Geri dön