Ana Sayfa > Cəmiyyət > Sumqayıtda kanalizasiyaya düşən şəxsi xilas etməyə çalışan FHN əməkdaşı da öldü

Sumqayıtda kanalizasiyaya düşən şəxsi xilas etməyə çalışan FHN əməkdaşı da öldü


18-07-2017, 17:22. Yazar: admin
Sumqayıtda kanalizasiyaya düşən şəxsi xilas etməyə çalışan FHN əməkdaşı da öldü










Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

Aia.Az-ın FHN-nin saytına istinadən xəbərinə görə, bu gün saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Onun xilas edilməsi üçün tədbirlər görülür.

aia.az
Geri dön