Ana Sayfa > Parlament / Aia TV / Karusel > Saxlanılan vəhhabinin biri Qamət Süleymanovun müavinidir

Saxlanılan vəhhabinin biri Qamət Süleymanovun müavinidir


23-10-2015, 18:12. Yazar: admin
Saxlanılan vəhhabinin biri Qamət Süleymanovun müavinidir


Hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
Geri dön