Ana Sayfa > İdman > Neymar: "Premyer Liqada oynamaq barədə düşünməmişəm"

Neymar: "Premyer Liqada oynamaq barədə düşünməmişəm"


16-07-2017, 14:07. Yazar: admin
Neymar: "Premyer Liqada oynamaq barədə düşünməmişəm"









"Barcelona"nın hücumçusu Neymar İngiltərə barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, braziliyalı ulduz Premyer Liqada oynamaqla bağlı sualı belə cavablandırıb:

"Düzü, İngiltərədə yaşamaq fikrim olmayıb. Premyer Liqanın bəzi oyunlarını izləyirəm. Televizordan futbol izləmək xoşuma gəlmir deyə hamısına baxmıram. Həmyerlilərim Koutinyo və Qabriel Jezuşun oyununu bəyənirəm. Onlarla İngiltərədə oynamaq barədə isə düşünməmişəm. Burda bir neçə stadionda meydana çıxmışam. Demək olar ki, hamısı top-klublara qarşı oyun olub. Dostlarımdan İngiltərə və ordakı həyat barədə maraqlanıram. Onlar suallarımı cavablandırır, amma heç vaxt Premyer Liqada oynamağı xahiş etmirlər. Ümumi götürəndə, İngiltərə onların xoşuna gəlir".
Geri dön