Ana Sayfa > İdman / Aia TV / Karusel > FİFA prezidentliyinə növbəti namizəd

FİFA prezidentliyinə növbəti namizəd


23-10-2015, 18:08. Yazar: admin
FİFA prezidentliyinə növbəti namizəd
FİFA-nın keçmiş baş katibi Jerom Şampan növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o, FİFA-ya sənədini göndərib.

Qeyd edək ki, J.Şampan bundan əvvəlki prezident seçkisində namizədliyini irəli sürmüşdü. Ancaq daha sonra o, namizədliyini geri götürmüşdü.

Xatırladaq ki, bundan əvvəl İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Braziliya millisinin keçmiş futbolçusu Ziko namizədliyi irəli sürdüklərini açıqlayıb.
Geri dön