Ana Sayfa > Gündəm / Manşet > Yuxunuz gəlirsə, yola çıxmayın! - DYP-dən sürücülərə müraciət
Yuxunuz gəlirsə, yola çıxmayın! - DYP-dən sürücülərə müraciət14-07-2017, 16:44. Yazar: admin |
"Gecə saatlarında baş verən qəzalara sürücülərin yorğunluğu və yuxulu olmaları təsir edir. Belə halların qarşısını almaq məqsədilə bütün postlarda sürücülərin istirahəti üçün şərait yaradılıb”. Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, gecə saatlarında yola çıxan sürücülər avtomobili stasionar postlarda saxlayıb, əl-üzlərini yuya və ya dincələ bilərlər. "Sürücünün yuxusu gəlirsə, həmin ərazidəki dayanacaqlarda avtomobili saxlayıb 2-3 saat yatıb, sonra yoluna davam edə bilər. Bir çox sürücülər postlarda yaradılan şəraitdən istifadə edir”. K.Əliyev qeyd edib ki, yük avtomobillərinin sürücüləri sutkanın qaranlıq vaxtı yola çıxmağa üstünlük verirlər, bu isə bəzən ağır qəzalarla nəticələnir. "Yük avtomobillərinin bir çoxunda kondisoner olmadığı üçün sürücülər axşam saatlarında yola çıxmağa üstünlük verirlər. Sürücü yorğun olduğu halda avtomobil idarə etməməlidir. Amma bütün sürücülərin gecə saatlarında hərəkətini qadağan edə bilmərik. Xüsusilə, indi kənd təsərrüfatı məhsullarının şəhərə daşındığı vaxtdır. Əksəriyyət çalışır ki, gecə yola çıxıb, səhər şəhərə çatsın. Bəzən onlar istirahət etmədən yola çıxırlar. Bu isə sürücünün sükan arxasında yuxuya getməsinə və sonda ağır qəzalara səbəb olur”.(azvision) AİA.az Geri dön |