Ana Sayfa > İdman > Ronaldonun yaxtasında polislər axtarış aparıb

Ronaldonun yaxtasında polislər axtarış aparıb


14-07-2017, 13:08. Yazar: admin
Ronaldonun yaxtasında polislər axtarış aparıb







"Real Madrid"in portuqaliyalı ulduzu Kriştianu Ronaldonun yaxtası silahlı polislər tərəfindən yoxlanılıb. İnsident Baler adalarının yaxınlığında olub. Goal.az xəbər verir ki, İspaniya gömrük xidmətinin 3 əməkdaşı "Aya London" adlı yaxtada yoxlanış aparıb. Axtarış təxminən 30 dəqiqə davam edib. 32 yaşlı futbolçu polislərlə ünsiyyət qurmayıb və axtarışın səbəbi ilə maraqlanmayıb.

Məlumata görə gömrük əməkdaşları Ronaldonun nümyəndəsi tərəfindən təqdim olunan sənəd axtarırmış.

aia.az
Geri dön