Ana Sayfa > Karusel > Azərbaycanın bu ərazisi qazsız qalacaq

Azərbaycanın bu ərazisi qazsız qalacaq


14-07-2017, 10:55. Yazar: admin
Azərbaycanın bu ərazisi qazsız qalacaq









Bu gün Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Aia.Az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, iyulun 14-də saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


aia.az
Geri dön