Ana Sayfa > Qərbi Azərbaycan > 188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb - AZƏRBAYCANDA
188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb - AZƏRBAYCANDA12-07-2017, 16:58. Yazar: admin |
2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. AİA.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib. O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib. A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb. O qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib. AİA.az Geri dön |