Ana Sayfa > Gündəm / Manşet / Karusel > Xaləddin İsgəndərov seçkidən sonra vəzifəsindən azad edilir
Xaləddin İsgəndərov seçkidən sonra vəzifəsindən azad edilir23-10-2015, 17:59. Yazar: admin |
Parlament seçkilərindən sonra bir neçə icra başçısı postuyla vidalaşacaq PİA.AZ saytı Qaynar.info-ya istinadən xəbər verir ki, siyahıda ilk yerlərdən birini Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutur. Onun görəvindən azad edilməsinin bir çox səbəbləri var. “Təmiz Binəqədi” layihəsi iflas oldu Qaynar.info-ya daxil olan məlumatda qeyd edilir ki, Binəqədinin “şefi”nin qələmi Azadlıq Prospektində yerləşən binanın yanmasından sonra qırılıb. Bu zamana qədər hakimiyyət daxilində Xaləddin İsgəndərovla bağlı mövqe birmənalı deyildi. İcra başçısını himayə edənlər “yuxarı”lara yaxşı kadr olduğunu inandırmağa cəhd edirdilər. Ancaq məlum faciəli olaydan sonra məsələyə nöqtə qoyuldu. Sadəcə həmin ərəfədə Avropa Oyunlarının başlanması, sonradan parlament seçkilərinin yaxınlaşması prosesi ertələyə bildi. Əslində Xaləddin İsgəndərovun vurulması ilk olaraq “Təmiz Binəqədi” layihəsindən sonra başladı. Kampaniya ilə medianın gündəmini zəbt etmək istəyən icra başçısı gözlənilmədən ağır zərbələr aldı. Hakimiyyətə yaxın media orqanları, əsasən Kəmaləddin Heydərovun kurasiya etdiyi saytlarda Binəqədinin başçısı tənqid atəşinə tutuldu. “Təmiz Binəqədi” adı altında rayonda görülməli olan işlər yetərincə olmadığı üçün medianın tənqidinə tuş gəldi. Məhəllələrarası yolların bərbad olması və “Təmiz Binəqədi” layihəsi çərçivəsində həmin ərazilərin təmir edilməməsi böyük səs-küyə səbəb oldu. Sahibkarlar icra başçısının zülmündən təngə gəlib Xaləddin İsgəndərovun vurulması yalnız başladığı kampaniyanı uğurla yerinə yetirə bilməməyi ilə bağlı deyil. Binəqədiyə icra başçısı gələndən sonra İsgəndərov hər kəsin diqqətini özünə cəlb etdi. Məlumdur ki, Binəqədi rayonunda boş torpaq əraziləri xeyli saydadı. X.İsgəndərov da gələndən sonra ilk gördüyü iş məhz bu ərazilərin satılmasıyla bağlı oldu. İkinci atdığı addım isə ondan öncə icra başçısının Alı Qocayevin zamanında alınan torpaqları sakinlərdən alması oldu. Ya vətəndaşlar əlavə xərc ödəməli idi, ya da icra hakimiyyəti həmin əraziləri başqa birilərinə satacaqdı. Bu da narazılıqlara səbəb oldu. Sakinlər hətta bir neçə dəfə aksiya da keçirdilər. Son günlər isə Xaləddin İsgəndərov haqda “yuxarı”lara gedən şikayətlər onunla bağlı mövqeni qətiləşdirib. Sonuncu zərbəni mayın 19-da binanın yanmasıyla alan başçı bu işdə sağ qurtulmaq üçün müəyyən addımlara əl atsa da, yenə də özünü tam sığortalaya bilmədi. Daha çox sahibkarlar icra başçısının zülmündən təngə gəliblər. Əlavə haqlar, ayrıca ödənişlər kiçik iş adamlarını Xaləddin İsgəndərovdan şikayətçi olmağa vadar edib. Prezident Administrasiyasına icra başçısıyla bağlı son zamanlar edilən şikayətlərin sayı-hesabı yoxdur. Bu üzdən də X.İsgəndərovun parlament seçkilərindən sonra vəzifəsindən azad ediləcəyi qətiləşib. Geri dön |