Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Nurçular parlamentə girir - Ceyhur Osmanlı öz yerini başqa bir nurçuya ərmağan edib
Nurçular parlamentə girir - Ceyhur Osmanlı öz yerini başqa bir nurçuya ərmağan edib23-10-2015, 18:00. Yazar: admin |
YAP-ın 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən namizədi Fətulla Gülənin amallarının xidmətçisidir? Sabirabad sakini: “Elçin Quliyev YAP-ın yox , “abi” deyib əlini öpdüyü Ceyhun Osmanlının, nurçuların, Fətullah Gülənin namizədidir”. Son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr dövlətimizin varlığı üçün xaricə bağlı olan və xaricdən asılı olan və xaricdən maliyyələşən dağıdıcı və xain qüvvələrin əməllərinin hansı təhlükəli həddə gəlib çatdığını göstərdi. Ən qorxulusu isə budur ki, yenə MTN olayları, bundan əvvəl Prezident aparatında, YAP- ın gənclər təşkilatındakı Elnur Aslanov - Ceyhun Osmanlı qruplaşması şəklində olduğu kimi dövlət qurumlarında, hakimiyyət orqanlarında yuvalanmağa, iqtidar “qüvvələri” şəklində maskalanmağa və təşkilatlanmağa üstünlük verirlər. Bəzi ayıq olmayan iqtidar məmurları və YAP funksionerlərnin siyasi səbatsızlığı, bəzi hallarda da sadəcə korrupsiyaya meyl və tamahkarlaıq, bəzən də cahillik və savadsızlıq həmun xain qüvvələrin xərçəng kimi dövlətin içinə sirayət etmələrinə şərait yaradıb. On illərdir həmin dağıdıcı və xain qüvvələrin ölkəmizdə səpdiyi zəhərli toxumların başları bir yedən kəsilsə də kökləri başqa yerdən, başqa formadada cücərti verir. Hal-hazırda nurçuların iki dairədən YAP-ın dəstəyi ilə parlamentə girmək imkanı var. Onlardan biri 81 saylı Beyləqan şəhər seçki dairəsindən namizədliyi irəli sürülən ATGT sədri Şahin İsmayılovdursa, digəri isə 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən Elçin Quliyevdir. Elnur Aslanov - Ceyhun Osmanlı nurçu «orgütü» ifşa olunduqdan sonra və Ceyhun Osmanı növbəti seçkilərdə iştirakdan imtina etdiyi üçün belə bir təəssurat yaranmışdı ki, Sabirabadda nurçuların kökü kəsilir. Amma nə yazıq ki, bu belə olmadı. Parlamentdə iştirakdan imtina edən Ceyhun Osmanlı öz yerinə, AzMedia.info xəbər verir ki, bu barədə məlumat verən mənbə bildirir ki, Elçin Quliyevin YAP-ın siyahısından deputatlığa namizəd göstərilməsi rayonda bir çoxlarını təəccübləndirib. başqa bir nurçunun deputat seçilməsi üçün bütün resurslarını işə salıb. Belə kirayonda bir çoxlarının nurçu ailəsi kimi tanıdıqları birisinin nümayəndəsinin YAP-ın namizədi olaraq ortaya çıxması Sabirabadda çoxları üçün gözlənilməz olub. Bu barədə mənbəninin dediklərini təqdim edirik: “Ceyhun Osmanlı deputatolduğu vaxtlarda rayona bir qayda olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib getdiyini Sabirabadda hamı yaxşı bilir. Ceyhun Osmanlı rayonda qaldığı zaman da, onların evində qalırdı. Odur ki, nurçularla bağlı Türkiyədə və Azərbaycanda baş verənlərdən sonra, bu il keçiriləcək Milli Məclis seçkilərində hakim partiya olan YAP -n namizədi kimi Zakir Quliyevin qardaşı Elçin Quliyevin namizədliyi irəli Sabirabadda sürüləndə hamı təəcübləndi. YAP- ın siyahısı elan olunmasından bir gün sonra Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı ailədən çıxdığını xüsusi qeyd elədi. Bütün ölülərə allahın rəməti olsun. Ancaq Elçin Quliyevin rəhmətlik atası Bəybala Quliyev nə vaxtdan ziyalı olub? Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Onu da, hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi. Diqqət edin ki, Ceyhun Osmanlının bəyanatından sonra Sabirabadda nurçular kimi bəlli olan şəbəkə dərhal hərəkətə gəldi. Bu gün Elçin Quliyevin təbliğat kampaniyasına onun vəkili kimi nurçuların Sabirabad imamı təyin etdiyi, (bu barədə KİV- lərdə dəfələrlə məlumat gedib), Əsgər Əkbərov rəhbərlik edir. 2010- cu ildə Ceyhun Osmanlının seçki komandası bu gün eyni ilə və bütünlüklə Elçin Quliyevin seçki qərargahı kimi fəaliyyət göstərir. Onlar təbliğat aparırlar ki, Ceyhun Osmanlı və onun başında duranların vurulması müvəqqəti hadisədir. Ən yaxın günlərdə Azərbaycanda Elnur Aslanovun rəhbərlik edəcəyi hökümət qurulacaq və Zakir Quliyev Baş Nazirin müavini olacaq. Hətta bəziləri əyalətlərə xas olan ifratçılığa , şişirtməyə gedib, Elnur Aslanovun prezident, Zakir Quliyevin Baş Nazir olacağını da pıçıldayırlar. Bu şaiyələrlə onlar bəzi axmaq adamları aldada bilib öz torlarına sala biliblər. Elçin Quliyevin nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapır. Məsələn birbaşa və rəsmən Elnur Aslanovun nəzarətində olan “Xeberler.az” ın virtual təbliğatınəı izləmək kifayətdir. Başqa bir nümunə, Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxsdir. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəbəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı. Ümumuyyətlə Ceyhun Osmanlı da 2010- cu ildə Sabirabada təsədüfən gəlməmişdi. Sabirabadda nurçu şəbəkənin fəaliyyətə başlaması hələ keçən əsrin 92- 93- cü illərinə gedib çıxır. Həmin dövrdə nurçuların nəzarətində olan “İhlas Holdinq”in emissarı kimi Mahmud Kamal Aydın peyda olmuşdu və sonradan “ Asgün” şirkətini təsis etmişdi. Nurçu təşkilatlanma metodologiyasının klassik şablonlarına uyğun olaraq şəbəkəyə bu yolla tərəfdarlar toplanmağa başlanmışdı. Sonradan bölgədə nurçu təşkilatlanmanın ağırlıq mərkəzi Şirvan şəhərində açılan “Araz kursları”na keçsə də, dərinlikdə məhz bu şirkətlər qrupu regionda nurçu təşkilatlanmanın mənbəyi kimi qalmaqda davam edir. Ceyhun Osmanlıda olduğu kimi Elçin Quliyevin də qərargahında fəaliyyət göstərən şəxslərin əksəriyyətinin, o cümlədən rayon seçki komissiyaları sədrlərinin içində övladları “Araz kursları”ndan keçən və Türkiyədə nurçu universitetlərdə təhsil alan şəxslərin çoxluğu da diqqəti cəlb edən məqamdır. Təxminən son on ilə qədər Sabirabadda elə də seçilməyən Quliyevlərin birdən -birə önə çıxmaları da maraqlıdır. Əldə olunan məlumatlar və təhlillər göstəriri ki, Zakir Quliyevin “Meliorasiya və Su Təsərrüfatı” ASC-də söz sahibi olması da, təsadüfi olmamışdır. Məhz nurçu şəbəkə ilə əlaqə Fətullah Gülənin nəzarətində olan beynəlxalq bank nəhəngi “Asiya Bank”ın “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə külli miqdarda investisiyalar ayırmasına imkan yaratmışdı ki, bu investisiyaların kifayət qədər ciddi hissəsi Azərbaycanda nurçu şəbəkənin ehtiyacları üçün sərf edilib və bu əməliyyat Zakir Quliyevin vasitəsi ilə həyata keçirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhəməd Əhmədzadənin öz qüdrətli müavininin öhdəsindən gələ bilməməsi, həmin müavinin qüdrətinin də mənbəyinin məhz bunda olduğu bildirilir. Nurçu yazışmalarda Azərbaycanın çox mühüm məhkəmə - prokurorluq sistemində olan vəzifəli şəxsin onların təsirində olduğundan (həmin vəzifəli şəxsin adı bizə məlumdur) danışılır. O da aydındır ki, Türkiyədə olduğu kimi hüquq- məhkəmə sistemini ələ keçirmək hər yerdə nurçu paralel dövlət yaratmanın əsas üsullarında biridir. Aydınlaşdırılıb ki, bir vaxtlar Sabirabadın kuratoru olmuş həmin məmurunmaddi ehtiyaclarını təmin etməyi götürmüş Zakir Quliyev öz üzərinə götürüb. Bütün bunlar nurçuların yazışmalarından keçir. Beləliklə Sabirabadda əsil dövlət - nurçu savaşı gedir. Biz Elçin Quliyevi yox, YAP- in namizədini müdafiə edirik deyənlər də bunun fərqində olmalıdırlar. Elçin Quliyev YAP- ın yox , “abi” deyib əlini öpdüyü Ceyhun Osmanlının, nurçuların, Fətullah Gülənin namizədidir. Bu savaşın neçə qurtaracağı tək Sabirabadın deyil, bütün Azərbaycanın milli təhlükəsizlik məsələlərindən biridir”. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri dön |