Ana Sayfa > Siyasət > Həmsədrlər payızda yenidən regiona gələcəklər

Həmsədrlər payızda yenidən regiona gələcəklər


12-07-2017, 13:01. Yazar: admin
Həmsədrlər payızda yenidən regiona gələcəklər



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib. Modern.az xəbər verir ki, Hikmət Hacıyev həmsədrlərin payızada yenidən regiona səfər edəcəyini bildirib:

“Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılmışdır.

Görüş əsansında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirmişdir ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.


AİA.az
Geri dön