Ana Sayfa > Gündəm / Manşet > Bakıda məskunlaşan köçkünlərin Cocuq Mərcanlıya köçü başa çatdı
Bakıda məskunlaşan köçkünlərin Cocuq Mərcanlıya köçü başa çatdı12-07-2017, 11:08. Yazar: admin |
Bakıda məskunlaşan məcburi köçkünlərin Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülməsi başa çatıb. Bu barədə Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalovməlumat verib. X.Zeynalov Bakıdan köçən sonuncu sakinin özü olduğunu bildirib: "Əslində mən də ilk günlərdə gələcəkdim. Amma qərara əsasən Bakıdakı sakinlərimizin hamısı köçdükdən sonra qayıtdım”. Kənd rəsmisi indiyə qədər Cocuq Mərcanlıdan ayrı yaşadığı üçün özünü qınayıb: "Dünəndən kənddəyəm. Gecə o qədər gözəl idi kəndimiz. Sakitlik və rahatlıq hökm sürür. Fikirləşirəm ki, indiyə qədər Bakıda çox nahaq yerə qalmışam. Təmiz hava, su, işıq, hər bir şərait yerində”. X.Zeynalov deyib ki, yalnız Biləsuvarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi qalıb: "Biləsuvarda qalan 11 ailə də "Dövlətqaçqınkom”un göstərişilə bu gün ya da sabah köçürüləcək. Bununla da ilkin mərhələ üçün nəzərdə tutulan ailələrin köçürülməsi yekunlaşacaq”. Qeydedəkki,birincimərhələdə kənddə 10hektarərazidə 50 fərdievinvəmüvafiqinfrastrukturuntikintisiaparılıb.Tikilmişevlərə CəbrayılrayonununCocuqMərcanlı kəndindənolanvə əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.Ümumisahəsi 3850kvadratmetrolanmənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.Həmin evlərdə 50 ailəyaşayacaq. İkincimərhələdədaha100evintikintisihəyata keçiriləcək.(modern.az) AİA.az Geri dön |