Ana Sayfa > Siyasət / Karusel > “Ermənilər Cocuq Mərcanlıya qayıdışa mane olmaq istəyirdilər”
“Ermənilər Cocuq Mərcanlıya qayıdışa mane olmaq istəyirdilər”11-07-2017, 17:40. Yazar: admin |
“Ermənistan nümayəndə heyəti ATƏT PA-nı Azərbaycan tərəfinin Alxanlı hadisəsindən şou düzəltdiyinə inandırmağa çalışdı. Əlbəttə ki bunlar əsassız fikirlər idi. Azərbaycan nümayəndə heyətinin üzvləri erməni deputatların absurd bəyanatlarının qarşılığında çox ciddi faktlara və reallıqlara söykənən cavablar səsləndirdilər. Ən əsası biz məsələni gündəmdə saxladıq. Bu günlər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri məcburi olaraq ikinci bəyanat verdilər. Bu bəyanat birincidən tam fərqli idi”. Modern.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında belə deyib. B.Muradova bildirib ki, ermənilər Füzulidə törətdikləri vəhçiliklə Cocuq Mərcalıya köçün qarşısını almaq istəyirdilər. “2016-cı ilin “Aprel döyüşləri”ndən sonra Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-abadlıq işləri yekunlaşıb. Orada yeni qəsəbə salınıb. Ermənilər mətbuatdan xəbər tutmuşdular ki, artıq insanlar Cocuq Mərcanlıya, öz evlərinə köç edirlər. Onlar Füzulidəki hadisələri törətməklə insanların Cocuq Mərcalıya köç etməsinin qarşısını almaq istəyirdilər. Həmçinin, dinc insanlarda qorxu hissini artırmaq üçün bu addımı atıblar. Bunlar bizim çıxışlarımızda dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”. AİA.az Geri dön |