Ana Sayfa > Siyasət > “ATƏT PA Ermənistanın təxribatlarına açıq şəkildə qiymət verdi”

“ATƏT PA Ermənistanın təxribatlarına açıq şəkildə qiymət verdi”


11-07-2017, 17:38. Yazar: admin
“ATƏT PA Ermənistanın təxribatlarına açıq şəkildə qiymət verdi”


“Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclasarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Budəfəki sessiyada Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsi açıq şəkildə gündəmə gətirildi”.
Modern.az xəbər verir ki, bunu ATƏT PA-nınm vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Azay Quliyev deyib.


Vitse-prezident bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi.


"İkinciai, Helsinki yekun aktı bu prinsip əsasında qəbul edilməldir. Üçüncüsü, Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verdi. Heç bil halda, öz müəddartını təyin etmə ölkələrin ərazi bütövlüyü hesabına ola bilməz. Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz. Bu, hesab edirəm ki, ən mühüm sənəd oldu. Bundan əlavə, orada ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Onların nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi və bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlara başlaması ilə bağlı fikirlər səsləndi. Yəni bütün parametrlər, o cümlədən də qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".

AİA.az
Geri dön