Ana Sayfa > İdman > "Real" növbəti transferini rəsmiləşdirdi

"Real" növbəti transferini rəsmiləşdirdi


11-07-2017, 16:39. Yazar: admin
"Real" növbəti transferini rəsmiləşdirdi


"Real" mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib.

AİA.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu" "Betis"in yarımmüdafiəçisi Daniel Sebalyosla münasibətləri rəsmiləşdirib. "Barcelona"nın da maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayıb. İspaniya gənclər millisinin üzvü yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Onun təqdimatı iyulun 20-də keçiriləcək. "Real" daha əvvəl "Atletico"dan Teo Ernandesi də transfer etmişdi.


AİA.az
Geri dön