Ana Sayfa > İqtisadiyyat > Neftin qiyməti qalxa bilər - Rusiyalı nazirdən proqnoz

Neftin qiyməti qalxa bilər - Rusiyalı nazirdən proqnoz


11-07-2017, 14:49. Yazar: admin
Neftin qiyməti qalxa bilər - Rusiyalı nazirdən proqnoz



Üçüncü rübdə dünya bazarında neftə tələbat arta bilər və bu rüb neft bazarı üçün səciyyəvi olacaq.

AzVision.az xəbər verir ki, bu fikri Rusiyanın energetika naziri Aleksandr Novak “CNBC” telekanalına müsahibəsində deyib.

“Vəziyyəti izləmək, onun necə inkişaf etdiyinə baxmaq lazımdır. Əminik ki, üçüncü rüb səciyyəvi olacaq. Bu dövrdə tələbat artacaq ki, bu da hasilatı sutkada 1,8 milyon barrel azaltmağa imkan verəcək”, - deyə A.Novak qeyd edib.

Nazirin sözlərinə görə, qiymət böhranı hələ ki, aradan qalxmayıb, lakin neft hasilatının azaldılması barədə razılaşma özünü neft bazarında göstərib.

AİA.az
Geri dön