Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Ağdaşda 9 yaşlı uşağın ölümünə görə cinayət işi açıldı
Ağdaşda 9 yaşlı uşağın ölümünə görə cinayət işi açıldı11-07-2017, 12:57. Yazar: admin |
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb. Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, qeyd edilən faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Azyaşlı əməliyyata girərkən dünyasını dəyişib. AİA.az Geri dön |