Ana Sayfa > Dünya > "Günahı olsa da, özünü yuxarıdan aparır" - Mehriban Xanlarova

"Günahı olsa da, özünü yuxarıdan aparır" - Mehriban Xanlarova


10-07-2017, 16:41. Yazar: admin
"Günahı olsa da, özünü yuxarıdan aparır" - Mehriban Xanlarova



Əməkdar artist Mehriban Xanlarova kin saxlamadığını deyib.

AİAi.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinin qonağı olan aktrisa ona pislik edənlərə hər zaman yaxşılıqla qarşılıq verməyə çalışdığını deyib:

"Əslində mən kinli insan deyiləm. Amma baxır kimə qarşı kin saxlayırsan. İnandığım insan mənə arxadan zərbə vurarsa, əlbəttə ona qarşı kinli olaram. Əgər bir insanın qəlbinə dəyirəm və günah məndədirsə, Allah bağışlayandırsa, mən kiməm, gedib üzr istəyərəm. Amma elə insanlar var ki, günahı olsa da, boynuna almır, özünü də yuxarıdan aparır. Belələrini bağışlamaq olarmı? Bilirəm ki, arxamca pislik eləyənlər var. O insanları mən də tanıyıram, amma ona yaxşılıqla qarşılıq verirəm. Kim nə pislik edirsə, o çuxura özü düşür".


AİA.az
Geri dön