Ana Sayfa > Gündəm > Ukraynada növbəti münaqişə: Azərbaycanlı yerli hərbçini döydü
Ukraynada növbəti münaqişə: Azərbaycanlı yerli hərbçini döydü10-07-2017, 16:17. Yazar: admin |
Rovno-da əslən Azərbaycandan olan şəxs Ukrayna hərbçisi olmuş kişini döyüb. AİA.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rovno Patrul polisinin mətbuat xidməti Facebook-da xəbər yayıb. Davadan sonra 36 yaşlı kişi çoxsaylı zədələrlə və sifətinin sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin arvadı bildirib ki, münaqişə şəhər kafelərindən birində olub. Şifahi söz atışması sonradan onun dostlarının da qoşulduğu davaya çevrilib. Bədən xəsarətləri yetirəndən sonra onun ərini vuran şəxs naməlum istiqamətdə yoxa çıxıb. Sonra patrullar qanunu pozanın şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, o, 23 yaşlı Azərbaycan vətəndaşıdır. Polislər onu saxlayaraq izahatını almaq üçün müvafiq bölməyə aparıblar. Bəlli olub ki, kişilər arasında münaqişəyə səbəb hansısa qız olub. Xatırladaq ki, daha əvvəl Kiyevin ərzaq bazarlarından birində Azərbaycan olan ticarətçinin güllələndiyi barədə xəbər yayılmışdı. AİA.az Geri dön |