Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > İlham Əliyev Lənkərana pul ayırdı
İlham Əliyev Lənkərana pul ayırdı22-10-2015, 20:34. Yazar: admin |
Prezident sərəncam imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Aia.az -ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə,sərəncama əsasən Lənkəran şəhəri ərazisinə yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat pul ayrılıb. Azərbaycan Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Geri dön |