Ana Sayfa > Gündəm > İŞİD-in dinc türkmənlərə zülmü davam edir
İŞİD-in dinc türkmənlərə zülmü davam edir8-07-2017, 17:29. Yazar: admin |
İraqın Mosul əyalətinin Telafer rayonunun dinc türkmən sakinlərinin terrorçu İŞİD qruplaşmasının zülmündən xilas olması üçün hökumətə müraciət edilib. AİA.Az report.az-a istinadən bildirir ki, bu haqda İraq İnsan Haqları Montorinq Mərkəzi bildirib. İnsan Haqları Monitorinq Mərkəzi İraq hökumətinin bu cinayətlərin qarşısını almaq üçün addım atmaması və Telaferin dinc türkmən sakinlərinin öldürülməsini müşahidə etməsini pisləyib. Mərkəz terrorçuların Telpafer rayon Təhlükəsizlik İdarəsi yaxınlığında 17 nəfəri elektrik dirəyindən asdığı haqda məlumat yayıb. Bundan başqa, Telaferdən təhlükəsiz bölgəyə qaçmaq istəyən 200 türkməni terrorçular tərəfindən bir müddət saxlanıldıqdan sonra edam ediliblər. İnformasiyaya əsasən, İraq Türkmən Cəbhəsi sədrinin müavini, Kəkrükdən olan deputat Hasan Turan Telaferin terrorçu İŞİD-dən təmizlənməsi, geri alınması əməliyyata başlanılması və dinc sakinlərin terrorçuların zülmündən xilas olunması ilə bağlı ölkənin baş naziri Heydər Əl-İbadiyə müraciət edib. O, beynəlxalq koalisiyaya müraciət edərək, İŞİD-in bu rayondakı mövqelərinin vurulmasını, Telaferdəki türkmənlər üçün təhlükəsizlik dəhlizinin açılmasını, onların qaçqın düşərgələrində yerləşdirilməsini istəyib. AİA.az Geri dön |